NATO-Rusiya müharibəsi bu ölkədə baş verəcək – ŞOK PROQNOZ
Bizi izləyin

Avropa

NATO-Rusiya müharibəsi bu ölkədə baş verəcək – ŞOK PROQNOZ

“Ukrayna Rusiya və NATO arasında döyüş əməliyyatlarının ehtimal edilən teatrıdır”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Ukrayna sərhədlərində hərbi gücünü artırmasını şərh edən hərbi ekspert Oleq Jdanov “Obozrevatel” nəşrində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə sərhədə nüvə döyüş başlıqları ilə təchiz edilə bilən dörd “İsgəndər” raket briqadasını yerləşdirməsi Ukrayna üçün ciddi təhdid yaradır.

“Eyni zamanda Voronejdə və Kurskda bombardmançı aviasiya var. Tu-22M3, Tu-96 və Tu-160 nüvə hərbi yüklərini daşımağa qadirdir. Anlayırıq ki, bu qruplaşma bizim təhlükəsizliyimizi hədələyə bilər. Əvvəl Varşava müqaviləsinin üzvləri var idi. NATO qoşunlarının ən güclü qruplaşması Almaniyada yerləşirdi. Çoxmilyonlu şəxsi heyət NATO və Varşava müqaviləsi ölkələrinin arasında sərhəddə dururdu. İndi NATO-nun sərhədləri Almaniya, Çexoslovakiya və Macarıstandan Ukraynanın sərhədinə yerini dəyişdi. Beləliklə, NATO və Rusiyanın sərhədi Rusiya və Ukraynanın sərhədinə yerini dəyişdi. Biz indi bufer zonasında, ehtimal edilən hərbi əməliyyat teatrındayıq. Toqquşma halında döyüş əməliyyatları bizim ərazimizdə gedəcək”, - hərbi ekspert qeyd edib.

O, NATO-nun Baltikyanı ölkələrdə, Polşa, Rumıniya və Macarıstanda öz qruplaşmasını gücləndirdiyini, bu ölkələrə tank diviziyaları, çoxməqsədli aviasiya və raket əleyhinə müdafiə sistemləri yerləşdirdiyini vurğulayıb.

“Müvafiq cavab addımlarını Rusiya atır. O, ehtimal edilən rəqiblə sərhəddə öz qruplaşmasını gücləndirir və bunu Ukraynanın sərhədləri boyu edirlər. Bir sözlə, “soyuq müharibə 2.0” versiyasını müşahidə edirik. “Soyuq müharibə” 70-ci illərdə yalnız Almaniya və başqa Avropa ölkələrinin ərazisində idi. İndi həmin proses, yəni, hər iki tərəfin öz güclərini möhkəmləndirməsi bizim sərhədimizdə baş verir”, - Jdanov yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm