Avropadan ABŞ-la bağlı qorxunc ÇAĞIRIŞ: “Ən pis ssenariyə hazırlaşın!”
Bizi izləyin

Avropa

Avropadan ABŞ-la bağlı qorxunc ÇAĞIRIŞ: “Ən pis ssenariyə hazırlaşın!”

“Brüssel Vaşinqtonla dialoqda əlverişsiz ssenarilərə hazır olmalıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa Şurasının sədri Donald Tusk Avropa İttifaqının 28-29 iyun tarixindəki sammitinin iştirakçılarına göndərdiyi məktubda yazıb.

“İnadlı səylərimizə baxmayaraq, Qərbin birliyi və transatlantik münasibətləri saxlamaq prezident Donald Trampın siyasətinə görə böyük təzyiq altındadır”, - o qeyd edib.

Tuskun fikrincə, ABŞ və Avropanın fikir ayrılıqları ticarət çərçivəsindən kənara çıxır. Avropa Şurasının sədri ən yaxşı perspektivə ümid etsə də, “ən pis ssenarilərə” hazırlaşmağa çağırıb.

Qeyd edək ki, ABŞ-ın polad və alüminiumun (müvafiq olaraq 25 və 10 faiz) idxalına əlavə rüsumları tətbiq etməsi Vaşinqtonla Avropa və Asiyadan olan əsas partnyorlarla münasibətləri pisləşdirib. ABŞ-ın qərarı cavab addımlarına səbəb olub. Bəzi ekspertlər ciddi ticarət müharibələrini proqnozlaşdırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm