Putin və Tramp bu məsələlərdə RAZILAŞACAQ – Britaniyadan SOS
Bizi izləyin

Avropa

Putin və Tramp bu məsələlərdə RAZILAŞACAQ – Britaniyadan SOS

“London ehtiyat edir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün razılaşmaları NATO-da böhran yarada bilər”.

Publika.az xəbər verir ki, bu haqda “The Times” qəzeti yazıb.

Qeyd edilir ki, Britaniya hökumətinin üzvləri qorxularını ifadə edirlər ki, Putin Trampı ABŞ-ın Avropa qarşısında hərbi sahə üzrə öz öhdəliklərinin həcmini azaltmağa inandıra bilər. Bildirilir ki, bu, Şimali Atlantika İttifaqı ölkələrinin müdafiə imkanlarını zəiflədəcək. Qəzet bildirir ki, məmurlar həmçinin onunla bağlı narahatlığını gizlətmirlər ki, Amerika lideri danışıqların nəticəsinə görə ittifaq çərçivəsində planlaşdırılmış hərbi təlimləri dəyişdirə və ya ləğv edə bilər. Bunun isə NATO-da böhrana gətirib çıxaracağı deyilir.

Nəşrin yazdığına görə, Böyük Britaniya hökuməti həmçinin narahatdır ki, ABŞ prezidenti Krımı Rusiyanın bir hissəsi kimi tanıya və sanksiyalarla bağlı siyasətini təkrar gözdən keçirə bilər.

Moskvada bu günlərdə səfərdə olan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton ABŞ-ın sanksiyalarla bağlı mövqeyinin dəyişmədiyini bildirsə də, qəzetin hökumətdəki mənbələrindən biri sanksiyaların ləğvini istisna etməyib. Mənbə bildirib ki, Tramp Putinlə söhbətdə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşının Edvard Snoudenin vətəninə qayıdış məsələsini qaldıra bilər.

Xatırladaq ki, iyunun 27-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskva və Vaşinqtonun iki ölkənin liderlərinin görüşünün keçirilmə yeri və tarixini uyğunlaşdırdığını bildirib. Onun sözlərinə görə, təfərrüatlar iyulun 28-də elan ediləcək.

“Bu məsələ aramızda bağlı kanallar üzrə çoxdan müzakirə edilir. Deyə bilərəm ki, sammitin keçirilməsi, hətta onun vaxtı və yeri haqqında razılıq əldə olunub. Razılaşmanı amerikalı həmkarımızla birgə sabah elan edəcəyik”, - o, jurnalistlərə deyib.

Uşakov dəqiqləşdirib ki, görüş üçüncü ölkədə keçəcək.

Bazar günü Avstriyanın “Kronen Zeitung” qəzeti bildirib ki, mümkün sammitin keçirilmə yer Vyana ola bilər. Daha sonra məlumatlı mənbələrə istinadən “Politico” nəşri görüş yeri kimi Helsinkinin adını çəkib.

Moskva və Vaşinqtonda bu informasiyaları hələ şərh etməyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm