Avropadan Moskvanı hiddətləndirəcək Ermənistan QƏRARI
Bizi izləyin

Avropa

Avropadan Moskvanı hiddətləndirəcək Ermənistan QƏRARI

Avropa Parlamenti Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa Parlamentinin xəbərində deyilir.

Sazişi parlamentin 573 deputatı dəstəkləyib, 50-si ona qarşı çıxıb. Xəbərə görə, saziş müxtəlif sferalarda daha dərin əməkdaşlığa yol açır.

Ekspertlər hesab edirlər ki, bu saziş Assosiasiya haqda sazişin siyasi bölümünün məzmununu təkrarlayır, amma geniş və hərtərəfli ticarət zonasının yaradılmasını nəzərdə tutmur, bu isə Ermənistana Avropa İttifaqı ölkələrinə azad şəkildə mal çıxarmaq və mal gətirmək imkanı verə bilərdi.

Xatırladaq ki, Ermənistan 2013-cü ilin noyabrında Avropa İttifaqı ilə assosiasiya haqqında saziş imzalamalı idi. Lakin həmin il sentyabrın 3-də o vaxtkı prezident Serj Sərkisyan Moskvada rus həmkarı Vladimir Putinlə görüşdən sonra bəyan eləmişdi ki, Ermənistan Avropa İttifaqı ilə sənəd imzalamaqdan imtina edərək Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına qoşulur.

Ekspertlər bu fikirdədirlər ki, Avropa ilə istənilən əlaqələri Rusiya özünə qarşı yönəlmiş addım kimi qəbul edir və buna görə də İrəvanın cəzalandırılacağı istisna edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm