Eyni kimyəvi qazdan İKİNCİ ZƏHƏRLƏNMƏ - İngiltərə ÇALXALANIR
Bizi izləyin

Avropa

Eyni kimyəvi qazdan İKİNCİ ZƏHƏRLƏNMƏ - İngiltərə ÇALXALANIR

İngiltərədə diplomatik böhrana səbəb olan rus agent Sergey Skirpal ilə qızı Yuliyanın sui-qəsdində istifadə olunan qazdan yenə istifadə edilib.

Publika.az xəbər verir ki, dünən ölkənin Amesburi şəhərində ortaya çıxan bir cütlüyün zəhərlənmə hadisəsində agentin zəhərləndiyi eyni qazdan - “Noviçok”dan istifadə edilib.

İngiltərə Terrorla Mübarizə Birliyinin milli kordinatoru Neil Basu son hadisələrlə bağlı verdiyi açıqlamada cütlükdən götürülən nümunələrin Porton Daundan Müdafiə elmi və texnologiya laboratoriyasında yoxlandığını, nəticədə hərbi məqsədlə istifadə olunan və sinir sistemini zədələyən “Noviçok” adlı kimyəvi maddənin aşkarlandığını bildirib.

Faktla bağlı istintaq araşdırmalarını terrorla mübarizə mərkəzi davam etdirir. Zəhərlənən cütlüyün 44-45 yaşlarında İngiltərə vətəndaşı olduğu bildirib. Onlar Sergey Skripalın müalicə olunduğu Salisburi xəstəxanasındadır. Vəziyyətləri ağırdır.

Onların yaşadığı Amesburi qəsəbəsi rus agentin yaşadığı Salisburi qəsəbəsinin 11 km yaxınlığında yerləşir.

Qeyd edək ki, Sergey Skirpalın zəhərlənməsində İngiltərə höküməti rəsmi Moskvanı ittiham etmiş, iki ölkə arasında siyasi böhran yaşanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm