Çimərliklərdə bunu edənlər 15 min cərimələnəcək
Bizi izləyin

Avropa

Çimərliklərdə bunu edənlər 15 min cərimələnəcək

Çimərliklərdə məşhur brendlərin saxta aksessuarların satışına görə cərimələr tətbiq olunacaq.

Publika.az xəbər verir ki, söhbət İtaliya çimərliklərindən gedir. Xüsusilə Sardinya adalarında istirahət edən turistlərə firma məhsulu adı altında saxta aksessuarları - gün eynəyi, uşaq oyuncağı, saat və papaq satan şəxslər yeni qaydalara əsasən, 2500 avrodan 15 500 avroyadək məbləğdə cərimələnəcək.

Bununla da İtalya hökuməti məlum saxtakarlıqların, brend markaların məhsullarının surətinin çıxarılaraq qeyri-leqal yollarla əhaliyə satılmasının qarşısını almağa çalışır. Bu bizneslə bir qayda olaraq qərbi Afrika və Banqladeşdən gələn mühacirlər məşğul olurlar.

Bundan başqa, bu məhsulları alan turistləri də 7000 avroyadək cərimə gözləyə bilər.

Xatırladaq ki, daha əvvəl İtaliya çimərliklərində plastik qablardan istifadəyə qadağa qoyulub. Bununla da çimərliklərin plastik qablarla çirkləndirilməsinin qarşısı alınıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm