“Tramp bunu yaxşı anlayır” - Rusiyada ABŞ üçün faciə VƏD ETDİLƏR
Bizi izləyin

Avropa

“Tramp bunu yaxşı anlayır” - Rusiyada ABŞ üçün faciə VƏD ETDİLƏR

Vaşinqton heç vaxt Ukraynada hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsinə getməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hərbi-siyasi rəhbərliyi Rusiya ilə genişmiqyaslı qarşıdurmanın risklərini anlayır. Hərbi ekspert qeyd edib ki, Ukraynada hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi belə qarşıdurmaya gətirib çıxara bilər.

Bu gün “Apostrof” nəşrinə müsahibəsində Ordu, konversiya və silahsızlaşdırma tədqiqatları üzrə Ukrayna Mərkəzinin başçısı Valentina Badrak bildirib ki, Kiyev öz ərazisində ABŞ-ın hava hücumundan müdafiə vasitələrini yerləşdirməklə NATO-ya girişi təmin edə biləcək. Hərbi ekspert qeyd edib ki, “Patriot”un bir neçə divizionu və ittifaq bölmələri Ukraynada sədd çəkəcək.

“Bu, ən yüksək ölçüdə Ukrayna ekspertinin məsuliyyətsiz bəyanatıdır. Güman edirəm ki, ABŞ prezidenti Donald Tramp realist olaraq, heç vaxt Amerikanın hava hücumundan müdafiə vasitələrinin Ukraynada yerləşdirilməsinə getməyəcək. Birincisi, Ukrayna qeyri-stabil ölkədir və vətəndaş müharibəsi vəziyyətindədir. İkincisi, Rusiya bunu etməyə icazə verməyəcək”,- Korotçenko deyib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Moskva belə addımı “qırmızı xətt”in tapdalanması kimi qəbul edərdi:

“Bu, Moskva üçün birbaşa hərbi-siyasi və geosiyasi çağırışdır. ABŞ-ın bu addımı ani və son dərəcə sərt reaksiyaya səbəb olacaq. Bu addım yalnız Ukrayna üçün deyil, ABŞ və onların müttəfiqləri üçün də faciəli nəticələrə gətirib çıxara bilər. Rusiya hər şeyi edəcək ki, Ukraynada belə bazalar olmasın. Vaşinqtonda bunu anlayırlar və güman edirəm ki, Moskva ilə birbaşa qarşıdurmaya getməyəcəklər”.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukraynanın Ali Radası dövlətin neytral statusundan imtina edərək iki qanuna dəyişikliklər edib. 2016-cı ilin iyununda əlavə dəyişikliklərlə NATO-ya üzvlük ölkənin xarici siyasətinin hədəfi müəyyən edilib. Ukrayna həmçinin 2020-ci ilə qədər öz silahlı qüvvələrini NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməyə məcburdur.

Ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-ya üzvlüyə iddia edə bilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm