Nazir köməkçiləri ilə birgə gecə yarısı İSTEFA VERDİ
Bizi izləyin

Avropa

Nazir köməkçiləri ilə birgə gecə yarısı İSTEFA VERDİ

İngiltərənin "Brexit" naziri Devid Devis gecəyarı istefa verib.

Publika.az xəbər verir ki, nazir İngiltərənin Avropa İttifaqından ayrıldıqdan sonra tətbiq ediləcək Avropa İttifaqı-İngiltərə hökumət planını bəyənməyib və köməkçiləri ilə birgə postundan ayrılıb.

Devis baş nazir Tereza Meyin Avropa İttifaqı ilə bağlı yeridilən siyasəti və Aİ-dən ayrılma müzakirələrini baltaladığını hiss etdiyini və parlamentin “Brexit”dən sonra gücünü yenidən qazana bilməyəcəyini düşündüyünü deyib.

Devid Devis 2016-cı ilin aprel ayında keçirilən “Brexit” referendumundan sonra nazir postuna təyin edilmişdi. Onun köməkçiləri Stiv Beker və Suella Braverman idi.

Baş nazir Tereza Mey onun istefasını qəbul edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm