Stoltenberqdən Kremli şoka salacaq BƏYANAT
Bizi izləyin

Avropa

Stoltenberqdən Kremli şoka salacaq BƏYANAT

NATO siyasi və praktik sahələrdə Gürcüstana kömək etmək və ölkənin Şimali Atlantika ittifaqına üzvlüyünə hazırlıqla məşğul olmaq niyyətindədir.

Publika.az xəbər verir bu haqda Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın İctimai televiziyasına bildirib.

NATO-nun baş katibi qeyd edib ki, ittifaq bir çox istiqamətlərdə, həmçinin müdafiə və təhlükəsizlik sferalarında, müdafiə institutlarının müasirləşdirilməsində Gürcüstanın irəliləyişini müşahidə edir.

Qeyd edək ki, bu gün Brüsseldə NATO-nun ikigünlük sammiti başlayır. Sammit ərəfəsində ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib ki, ABŞ hakimiyyəti Gürcüstanın ittifaqa üzvlüyünə şad olacaq. Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili isə mayda bildirib ki, Tiflis 2021-ci ilə kimi NATO-ya daxil ola bilər.

Aprelin sonunda isə gürcü baş nazir qeyd edib ki, Tiflis və Vaşinqton heç vaxt olmadığı qədər yaxındır. Onun sözlərinə görə, Gürcüstan Şimali Atlantik ittifaqına girişə hazırlıq üçün bütün alətlərə malikdir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm