“Vuruşmaq üçün gedirəm” - Tereza Mey xalqdan DƏSTƏK İSTƏDİ
Bizi izləyin

Avropa

“Vuruşmaq üçün gedirəm” - Tereza Mey xalqdan DƏSTƏK İSTƏDİ

Böyük Britaniya cəmiyyəti onu bölən fikir ayrılıqlarının öhdəsindən gəlməlidir, əks halda “Breksit” prosesi kəsilə bilər.

Publika.az xəbər verir ki, bu haqda Britaniyanın baş naziri Tereza Mey “Mail on Sunday” üçün yazdığı məqaləsində bildirib.

“Böyük Britaniyanın Avropa İttifaqından çıxarılması üzrə bizim planımızı dəstəkləməyin vaxtı gəldi. Əgər bunu etməsək, biz “Breksit”siz qalmaq riski ilə üz-üzəyik”, - baş nazir yazıb.

Mey hesab edir ki, Nazirlər Kabineti tərəfindən uyğunlaşdırılmış strategiya alternativə malik deyil. Baş nazirin sözlərinə görə, strategiya Böyük Britaniyanın milli müstəqilliyini möhkəmləndirməyə, müstəqil ticarət siyasətini həyata keçirməyə və Avropa İttifaqı ilə yeni iqtisadi əməkdaşlığı yaratmağa imkan verəcək, həmçinin Brüsselə böyük ödənişlərə son qoyacaq,

“Və indi bütün britaniyalılara demək istəyirəm: mən Brüsselə yola düşürəm. Bizim milli maraqlarımızla ticarət etmək üçün deyil, onları müdafiə etməyə gedirəm. Mən “Breksit” üzrə sazişimiz üçün vuruşacağam, çünki bu, Britaniya üçün düzgün sazişdir”, - Mey qeyd edib.

Xatırladaq ki, ötən həftə Böyük Britaniyada hökumət böhranı baş verib. Xarici İşlər Nazirliyinin başçısı Boris Conson və “Breksit” üzrə nazir Devid Devis istefa veriblər. Onlar ölkənin Avropa İttifaqından çıxışı planı ilə qəti şəkildə razılaşmayıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm