Britaniyalılar marixuananın qanuniləşməsi üçün ayağa qalxdı
Bizi izləyin

Avropa

Britaniyalılar marixuananın qanuniləşməsi üçün ayağa qalxdı

Böyük Britaniya vətəndaşlarının əksəriyyəti marixuananın qanuniləşməsini istəyirlər.

Publika.az xəbər verir ki, bu haqda “BMG Research” tədqiqat təşkilatının “The Independent” qəzeti üçün keçirdiyi sorğunun nəticələrində deyilir.

Sorğuda iştirak edənlərin 51 faizi marixuananın qanuniləşməsi ilə bağlı suala müsbət cavab verib. Respondentlərdən 19 faizi buna qarşı çıxıb, 14 faizi isə birmənalı cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, krallıqda marixuananın qanuniləşdirilməsi üçün həmçinin Mühafizəkarlar Partiyasının lideri və ölkənin keçmiş xarici işlər naziri Uilyam Xeyq çıxış edir. Onun fikrincə, marixuananın istifadəsinə icazə verilməsi həm iqtisadiyyat, həm də bütovlükdə cəmiyyət üçün faydalı olacaq.

Darem şəhərinin polis rəisi bildirib ki, narkotiklərin yayılması və istifadəsinin mövcud nəzarət sistemi işləmir.

“Narkotiklər daha ucuz, daha əlçatan və daha təhlükəli olub. Son illər ərzində belə nəticəyə gəldim ki, bu bazarı nizama salmaq lazımdır”, - o deyib.

2017-ci ilin yayında Leyboristlər Partiyasından olan deputat Pol Flinn “kollektiv düşüncəni parlamentə atmaq üçün” britaniyalıları Britaniya parlamentinin binasında marixuananı çəkməyə çağırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm