.jpg)
Fransa Rusiyada keçirilən futbol üzrə dünya
çempionatının qalibi olandan sonra fransızlar küçələrə axışıb.
Publika.az xəbər verir ki, qalibiyyəti qeydə etmək üçün
küçələrə çıxan insanlar mağazalara hücum edərək, əllərinə keçəni
oğurlayıb, həmçinin, vitrin şüşələrini sındırıblar.
Məlumata görə, qalibiyyətin qeyd edildiyi bir çox şəhərdə hadisələr
nəzarətdən çıxıb. Polislə insanlar arasında qarşıdurma yaşanıb.
Nəticədə iki nəfər həyatını itirib, 45 polis əməkdaşı
yaralanıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 292 nəfər həbs
edilib.
Asif