“Qoşunlarını çıxart!” - Moskvaya ŞOK
Bizi izləyin

Avropa

“Qoşunlarını çıxart!” - Moskvaya ŞOK

Moldova parlamenti bu gün 2018-2021-ci illər üçün Milli Müdafiə Strategiyasını qəbul edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, sənəddə tanınmamış Dnestryanı ərazidə Rusiya hərbçilərinin olması ölkənin milli təhlükəsizliyinə təhdid adlandırılıb.

“Moldova Respublikasının ərazisində ölkənin qanunverici razılığı olmadan və konstitusiya normalarına zidd olaraq Rusiyanın hərbi kontingenti yerləşdirilib. Regionda vəziyyətin mümkün eskalasiyası kontekstində Rusiya hərbçilərinin Moldova ərazisində olması milli təhlükəsizliyə təhdid təşkil edir”, -parlamentin saytında dərc edilmiş sənəddə deyilir.

Strategiyada qeyd edilir ki, Kişnyov Dnestryanı münaqişəsinin həllində Rusiya, Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı qiymətləndirir, amma Dnestryanı ərazidən Rusiya qoşunlarının çıxarılmasında təkid etməyə davam edəcək. Deputatlar NATO ilə əməkdaşlığın genişləndirilməsini də bəyəniblər.

Sənədin müəllifləri milli maraqlar və dəyərlərin ünvanına ən ciddi təhlükələrdən biri kimi xarici təbliğatı hesab ediblər.

Qeyd edək ki, əhalinin 60 faizini ruslar və ukraynalılar təşkil edən Dnestrtyanı ərazi ölkənin Rumınıyaya birləşməsindən ehtiyat edərək hələ SSRİ-nin dağılmasından əvvəl Moldovadan ayrılıb. Moldovanın 1992-ci ildə problemi güc yolu ilə həll etmək cəhdindən sonra Dnestryanı ərazi faktiki olaraq Kişnyovun nəzarətindən çıxıb.

Tanınmamış “Dnestryanı Moldova Respublikası”nın ərazisində 14-cü ümumqoşun ordusunun varisi olan Rusiya qoşunlarının operativ qrupu yerləşdirilib. Moskvanın iddiasına görə, operativ qrupun əsas vəzifəsi sülh missiyası və döyüş sursatları anbarların mühafizəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm