Merkel: “Bu, Almaniya tarixində qara bir ləkədir”
Bizi izləyin

Avropa

Merkel: “Bu, Almaniya tarixində qara bir ləkədir”

“Bu, Almaniya tarixində qara bir ləkədir. Biz bir çox şey etdik, ancaq mən etməyə davam edəcəyəm. Ona görə də bunu bağlanmayan bir məsələ hesab edirəm”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu radikal sağçı Nasional Sosialist Yeraltı (NSU) terror təşkilatı üzərində keçirilən məhkəmə prosesini şərh edən Almaniyanın baş kansleri Angela Merkel bildirib.

Qeyd edək ki, Almaniyada 2000-2007-ci illərdə 8-i türk olmaqla 10 adamı öldürməkdə, 2 bombalı hücumda və 15 bank soyğununda günahlandırılan NSU-nun cinayətləri 2011-ci il noyabrın 4-də təsadüf nəticəsində ortaya çıxmışdı. NSU-nun qurucuları Uşe Mundlos və Uşe Böhnhardt 2011-ci ildə bank soyğunu zamanı gizləndiyi yerdə ölü tapılmış, sonradan onların intihar etdiyi məlum olmuşdu. Təşkilatın digər üzvü Beyte Jape isə qaldıqları mənzili yandırdıqdan bir neçə gün sonra polisə təslim olmuşdu.

2013-cü ildən etibarən Münhen Federal Ali Məhkəməsində başlayan məhkəmə prosesi iyulun 11-də başa çatdı və Beyte Jape ömürlük həbs cəzasına məhkum edildi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm