• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Avropada müsəlmanlar yağış üçün toplandılar

  • Avropa
  • 21 İyul 2018 22:04
  • 784 Baxış
Avropada müsəlmanlar yağış üçün toplandılar

İsveçin paytaxt Stockholmun Tensta məhəlləsində toplanan müsəlmanlar yağışın yağması üçün namaz qılaraq dua ediblər.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi yazıb.

Agentliyin yazdığına görə, İsveçdə ölkə təbiəti üçün qeyri-adi olan quraqlıq davam edir. Ölkədə 4 aydır yağış yağmadığı bildirilir.

Dörd gün əvvəl 83 müxtəlif yerdə meşə yanğınları başlayıb, 40 nöqtədə isə yanğın hələ də davam edir. Gevleborg, Jemtland və Dalarna bölgələrində meşələrə yaxın yaşayış məntəqələri təxliyyə edilib. İsveç hökuməti Avstriya, Polşa, Danimarka, Portuqaliya, Fransa, Almaniya və Norveçdən yanğınların söndürülməsi üçün kömək istəyib.

Bu günə qədər 13 min 500 hektarlıq meşə ərazisi külə dönüb. Yağış yağmasa, yanğınlarının aylarla davam edə biləcəyi bildirilir.

Meteorologiya üzrə, ölkədə son 66 ilin ən temperaturu qeydə alınıb.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR