Paytaxtın ətrafı yanır: 74 ölü, 187 yaralı, 100-dən çox itkin - QORXUNC GÖRÜNTÜLƏR - - VİDEO/FOTO (YENİLƏNDI)
Bizi izləyin

Avropa

Paytaxtın ətrafı yanır: 74 ölü, 187 yaralı, 100-dən çox itkin - QORXUNC GÖRÜNTÜLƏR - - VİDEO/FOTO (YENİLƏNDI)

Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 74 nəfərə qədər artıb.

Publika.az xəbər verir ki, bu haqda “Sputnik Yunanıstan” yanğınsöndürmə xidmətinə istinadən bildirib.

Ən azı 187 nəfər (164 böyük və 23 uşaq) yaralanıb. Təsdiq edilməmiş məlumatlara görə, 100-dən çox insandan xəbər yoxdur.

***

Afinada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Greek Reporter" qəzeti məlumat yayıb.

***

Afina yaxınlıqda baş verən güclü yanğınlar nəticəsində ölənlərin sayı 20-ə çatıb.

Publika.az xəbər verir ki, bu haqda Yunanıstan hökumətinin nümayəndəsi Dimitris Sanakopulosa istinadən “Assoşieyted Press” agentliyi bildirib.

Sanakopulos həmçinin bildirib ki, 69 nəfər xəstəxanaya yerləşdirilib, onlardan bir çoxunun vəziyyəti ağırdır.

***

Yunanıstanın paytaxtı Afinanın yaxınlığında baş verən güclü meşə yanğınları insan itkisi ilə nəticələnib.

Publika.az xəbər verir ki, yunan KİV-inin məlumatına görə, ən azı 2 nəfər ölüb, 25-i yaralanıb.

Ölkənin təcili tibbi yardım Milli mərkəzinin rəhbəri Qeorqiaso Matiopulos bildirib ki, iki nəfərin meyitini xilasedicilər paytaxtdan şimal-şərqdə yerləşən dəniz kurortlarında aşkar ediblər. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 25 nəfərdən bəzilərində ağır travmalar qeydə alınıb.

Daha əvvəl verilən xəbərə görə, yanğın Afina və Korinf şəhərləri arasında sahilboyu qəsəbələrə yayılıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürən texnika, o cümlədən üç təyyarə və iki helikopter cəlb edilib. Amma güclü külək yanğının nəzarət altına alınmasına mane olur.

Yunanıstan hakimiyyəti Afinanın şimali-şərq və qərbində yerləşən rayonlarda fövqəladə vəziyyət rejimini tətbiq edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm