Alman əks-kəşfiyyatı Rusiya casuslarını İFŞA ETDİ
Bizi izləyin

Avropa

Alman əks-kəşfiyyatı Rusiya casuslarını İFŞA ETDİ

Rusiya kəşfiyyatı Almaniya ərazisində ictimai və siyasi mühitə təsir etməyə çalışır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Almaniyanın əks-kəşfiyyatının məruzəsində deyilir.

Məruzədə 2017-ci ilin analizinin nəticələri yer alıb.

“Kiberməkandan istifadəylə casusluğun miqyası artıb. Elm və siyasətdən tutmuş hərbi sənayeyə qədər bütün sferalar diqqət mərkəzindədir. Xüsusilə, alman hökumətinin qərarları Rusiyanı həyəcanlandırır”, - sənəddə deyilir.

Alman kəşfiyyatının fikrincə, Rusiya həmçinin, internet, sosial şəbəkələr və Rusiya KİV-inin köməyi ilə almanlar arasında təbliğat aparır.

“Rusiya tərəfindən bütün dünyada məqsədyönlü təbliğat və yalan məlumat verməklə kampaniya həyata keçirilir. Hədəf federal hokümətin stabilliyi pozmaq və Rusiya əleyhinə sanksiyaların genişləndirilməsi məsələsində birliyə mane olmaqdır”, - Almaniyanın əks-kəşfiyyatında hesab edirlər.

Həmçinin, məruzədə bildirilir ki, 2017-ci ildə bundestaqa seçkilərin gedişinə Rusiyanın müdaxiləsi haqqında şübhələr bəraət qazanmayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm