Yunan nazir yanğınların mümkün səbəbini açıqladı - ŞOK
Bizi izləyin

Avropa

Yunan nazir yanğınların mümkün səbəbini açıqladı - ŞOK

Yunanıstanda meşə yanğınlarının səbəbi çox güman ki, qəsdən törədilən yanğınlar olub.

Publika.az “RİA-Novosti”agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin mülki müdafiə naziri Nikos Toskas bildirib.

“Araşdırmaları nəzərə alaraq, bizdə güman etmək üçün ciddi əsaslar var ki, kriminal yanğın baş verirdi. Qısa müddət ərzində xeyli yanğın ocaqları yaranıb”, - nazir deyib.

Qeyd edək ki, bu həftə Yunanıstanda bir neçə böyük meşə yanğını baş verib. Yanğınların qurbanlarının sayı artıq 85-ə çatıb, ən azı 187 nəfər yaralanıb. Təsdiq edilməmiş məlumatlara görə, 100-dən çox insan itkin hesab olunur.

Baş nazir Aleksis Çipras ölkədə üçgünlük matəmi elan edib. Yunanıstan prokurorluğu yanğınların səbəblərinin araşdırılmasına başlayıb. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm