Amerikada türk diplomat müəmmalı məktub göndərdi və... - FİLM KİMİ HADİSƏ
Bizi izləyin

Avropa

Amerikada türk diplomat müəmmalı məktub göndərdi və... - FİLM KİMİ HADİSƏ

Türkiyənin Meksikadakı səfirliyində səfirin ikinci katibəsi olaraq işləyən 29 yaşlı qadın yoxa çıxıb.

Publika.az
xəbər verir ki, Türkiyə vətəndaşı olan qadının yoxa çıxmamışdan öncə iyulun 2-də səfirliyə elektron poçtla xəstə olduğunu və xəstəxanaya getdiyini yazdığı deyilir.

İyulun 17-də səfirliyin əməkdaşları qadının evinə getsələr də, onu tapa bilməyiblər. 23 iyulda qadından içi boş məktub alıblar, bundan sonra səfirlik hüquq-mühafizə orqanlarına müraciət edib.

Meksika Baş prokurorluğu yoxa çıxan qadınla bağlı cinayət işi açıb.

“Türkiyə vətəndaşı olan 29 yaşlı qadının itməsi ilə bağlı xüsusi araşdırma başlanılıb. Qadının 2 iyuldan bəri harada olduğu bilinmir”, - deyə Meksika prokurorluğunun məlumatında bildirilir.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm