Slobodan Miloşeviçi Haaqada müdafiə edən vəkil öldürüldü
Bizi izləyin

Avropa

Slobodan Miloşeviçi Haaqada müdafiə edən vəkil öldürüldü

Haaqa tribunalında Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçi müdafiə edən vəkil Serbiyada güllələnərək öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda “Blic” nəşri yazıb.

Vəkil Mişa Draqoslav Oqnyan iyulun 28-də Yeni Belqradda öz evinin qarşısında, oğlu ilə evə gəldikləri zaman vurulub. Sui-qəsd zamanı həmçinin, vəkilin 26 yaşlı oğlu yaralanıb.

Hazırda polislər cinayət yerində işləyirlər.

Qeyd edək ki, Oqnyan Haaqa tribunalında Slobodan Miloşeviçi müdafiə etmiş hüquq komandasında işləyirdi.

Slobodan Miloşevic Yuqoslaviya dağılandan sonra ərazidə baş verən müharibələrdə soyqırımı və insaniyyətə qarşı çinayətlərdə ittiham olunurdu. 2002-ci ilin fevralında başlamış məhkəmə öz işini 2006-cı ilin aprel ayında başa çatdırmalı idi. O, 11 mart 2006-cı ildə Haaqada ölür.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm