Almaniyada 129 min əcnəbi axtarışdadır
Bizi izləyin

Avropa

Almaniyada 129 min əcnəbi axtarışdadır

Almaniyada 300 minə qədər insan axtarışdadır.

Publika.az xəbər verir ki, axtarışda olanlardan 129 min nəfəri ölkəni tərk etməli olan əcnəbilərdir.

Almaniya Daxili İşlər Nazirliyi hesab edir ki, həmin əcnəbilərin bir hissəsi məlumat vermədən artıq ölkəni tərk etmiş ola bilər.

"Welt am Sonntag" nəşri yazır ki, ölkədə siyasi motivlərlə cinayətlərin də sayı artıb. Bu motivlərlə axtarışda olanların sayı 2017-ci illə müqayisədə 2 dəfədən çox artaraq 4411 nəfərə çatıb. 3100-dən çox order "dini ideologiya" kateqoriyasında cinayətlərlə bağlı axtarışlarla əlaqədar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm