Aleksey Medvedev: "Ölkəmiz üçün faciəli vəziyyət yaranıb"
Bizi izləyin

Avropa

Aleksey Medvedev: "Ölkəmiz üçün faciəli vəziyyət yaranıb"

Latviyada Rusiyayla pis münasibətlərə görə tranzit sahəsində faciəli vəziyyət yaranıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Razılıq” Partiyasından Latviya Seyminin deputatlığına namizəd Aleksey Medvedev feysbukda yerləşdirdiyi videomüraciətində bildirib.

“Mən Ventspilsdə doğulmuşam və bütün həyatı burada yaşamışam. Liman gəlirlərin əsas mənbəyidir və mən tranzit sahəsində ölkəmiz üçün yaranan faciəli vəziyyət haqqında susa bilmirəm. Tranzit yüklərin axınının çox sürətlə azalması yalnız limanlarlın olduğu şəhərlərə deyil, ölkənin bütün sakinlərinə təsir edir.

Siyasətçinin sözlərinə görə, 2016-cı ildə dəniz və dəmiryol nəqliyyatı ölkəyə 700 milyon avro gəlir gətirib. O, 2018-cidə gəlirlərin əhəmiyyətli dərəcədə azalacağını, vəziyyətin isə yalnız pisləşəcəyini bildirir. Medvedev əminliyini ifadə edib ki, bu, bilavasitə Riqanın xarici siyasətiylə bağlıdır.

“Latviya-Rusiya münasibətlərinin kəskinləşməsi dövlət büdcəsinin əsas gəlirli sahələrindən birini məhv edir. Son illər ərzində Rusiya Baltika dənizi regionunda bir neçə yeni liman tikib. Biz anlamalıyıq ki, Avropa onsuz da Rusiya yüklərini alacaq. Rusiya onları hər halda satacaq və çatdıracaq. Bu sxemdən kənara çıxarılan Latviyadan başqa, heç kim uduzmayacaq”, - Medvedev vurğulayıb.

O əlavə edib ki, yaranmış vəziyyətdən yalnız güzəştlərin köməyi ilə çıxmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm