Avropada DƏHŞƏT: 35 ölü, 13 yaralı, 10 itkin - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Avropada DƏHŞƏT: 35 ölü, 13 yaralı, 10 itkin - FOTO/VİDEO - (YENİLƏNDİ)

Avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda faciə yerində işləyən yanğınsöndürən xidmətindəki mənbələrdən jurnalistlərə bildirilib.

Mülki Müdafiə Xidmətinin başçısı Ancelo Borrelli qeyd edib ki, ən azı 10 nəfər itkin hesab edilir, 13 vətəndaş yaralanıb.

***

İtaliyada Morandi körpüsünün çökməsi nəticəsində biri körpə olmaqla, 30 nəfər ölüb.

"La Repubblica" qəzeti bəzi evlərin, şahidlər isə ən azı 10 avtomobilin çöküntülər altında qaldığını bildirib.

***

İtaliyada körpünün çökməsi nəticəsində ölən və yaralananların sayı ilə bağlı ilkin məlumatlar açıqlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə nəticəsində 1-i uşaq olmaqla 22 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb.

Körpünün çökmə anı telefonlar vasitəsilə çəkilib.

İtaliyanın Genuya şəhərində körpü uçub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində onlarla insanın öldüyü bildirilir.

Avtomobil yolu üzərindəki körpünün dağılmasından iki saat sonra ölkənin Təcili Yardım Xidməti onlarla insanın ölməsi barədə xəbər yayıb.

"Sky İtaliya" telekanalına məlumat verən hadisə şahidlərindən biri güclü yağışlar səbəbindən körpünün uçduğunu və həmin vaxt azı 8-9 maşının körpü üzərində olduğunu bildirilib.

İtaliyanın nəqliyyat naziri Danilo Toninelli isə tvitter hesabında “faciə yaşadıq” deyə açıqlama verib.

Qeyd edək ki, körpü 1960-cı ildə tikilib, 2016-ci ildə təmir edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm