Merkeldən Putinə Ukrayna ŞƏRTİ
Bizi izləyin

Avropa

Merkeldən Putinə Ukrayna ŞƏRTİ

“Şimal axını-2” layihəsinin reallaşdırılmasına baxmayaraq, Rusiya qazının Avropaya tranzitini həyata keçirən Ukrayna öz rolunu saxlamalıdır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Berlin yaxınlığında Mezeberq qalasında Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan əvvəl Almaniyanın baş kansleri Angela Merkel bildirib.

Merkel bildirib ki, Putinlə görüşdə Dondasa beynəlxalq sülhməramlıların göndərilməsi məsələsini müzakirə edəcək. Baş kansler əlavə edib ki, Almaniya və Rusiya Ukraynada münaqişənin həlli yollarının axtarışına davam etməlidir. O, Minsk razılaşmalarının Donbas münaqişəsinin nizama salınması üçün əsas sənəd olaraq qaldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm