Avropa HƏRƏKƏTƏ KEÇİR - ABŞ-ın öldürücü silahı ƏLİNDƏN ALINACAQ
Bizi izləyin

Avropa

Avropa HƏRƏKƏTƏ KEÇİR - ABŞ-ın öldürücü silahı ƏLİNDƏN ALINACAQ

Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarından özşirkətlərini qorumaq üçün SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) maliyyə sisteminin analoqunu yaratmalıdır.

Publika.az xəbər verir ki, bu haqda Almaniyanın xarici işlər naziri Xayko Maasın “Handelsblatt” nəşri üçün yazdığı məqaləsində deyilir.

“Bu vəziyyətdə strateji olaraq əhəmiyyətlidir ki, biz Vaşinqtona aydın deyək: biz birlikdə işləmək istəyirik”, - nazir qeyd edib.

Dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir. Bu banklararası sistemin köməyi ilə İl ərzində təxminən 4 milyard əməliyyat həyata keçirilir. Hansısa bir ölkənin sistemə girişini bağlamaqla, onun iqtisadiyyatını çökdürmək olar.

ABŞ hökuməti 2001-ci il 11 sentyabr terror aktlarından cəmi bir neçə gün sonra lazımi məlumatların verilməsi xahişi ilə SWIFT-in o vaxtkı rəhbəri Lenni Şranka rəsmi sorğu göndərmiş və istədiyini almışdı. İran banklarının SWIFT-ə girişdən məhrum edilməsi isə ABŞ-ın ən böyük müvəffəqiyyəti olub. Nəticədə, bu ölkə ilə beynəlxalq ticarət praktik olaraq sıfra qədər düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm