• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Bu bəyanat ABŞ-ı ŞOKA SALACAQ: Türkiyə və Rusiya ilə...

  • Avropa
  • 31 Avqust 2018 04:40
  • 2 214 Baxış
Bu bəyanat ABŞ-ı ŞOKA SALACAQ: Türkiyə və Rusiya ilə...

“Avropa Birliyi Türkiyə və Rusiya ilə strateji əlaqələr qurmalıdır”.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron səfərdə olduğu Helsinkidə Finlandiya prezidenti Sauli Niinisto ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Onun fikirlərinə görə, "Soyuq Müharibə"dən sonra hər iki ölkə ilə əlaqələr modernləşdirilməlidir.

“Avropa İttifaqının Türkiyə, həmçinin Rusiya ilə strateji əlaqələr qurması bizim maraqlarımıza uyğundur. Bu, uzaq vədədə stabillik meydana gətirəcək və bizi daha da gücləndirəcək. AB-nin təhlükəsizliyi üçün təkcə ABŞ ilə əməkdaşlıqla kifayətlənmək olmaz”, - deyə Makron bildirib.

Makron daha öncə fransalı səfirlərlə görüşündə qeyd edib ki, Avropaya Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq lazımdır.

Türkiyədən danışan pezident qeyd edib ki, strateji tərəfdaşlıq Ankaranın Avropa İttifaqına qoşulması anlamına gəlmir.

“Ərdoğanın prezidentliyi zamanında olan Türkiyə Atatürkün vaxtlarında olan Türkiyə deyil”, - Fransa prezidenti qeyd edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR