Rusiya Bolqarıstandan donuz əti idxalını dayandırdı
Bizi izləyin

Avropa

Rusiya Bolqarıstandan donuz əti idxalını dayandırdı

Rusiya bu gündən başlayaraq Bolqarıstandan diri donuz və donuz əti idxalını müvəqqəti dayandırıb.

Trend-in məlumatına görə, buna Bolqarıstanın bir sıra bölgələrində Afrika taunu virusu ilə bağlı yaranmış vəziyyət səbəb olub.

Bolqarıstanda ilk Afrika taunu faktı avqustun 31-də qeydə alınıb.

Qeyd olunur ki, Varna şəhəri yaxınlığında fərdi təsərrüfatda 7 donuzdan 4-ü tələf olub.

Qadağanın müddəti açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm