“Bu, Avropada domino effekti yaradacaq” - İsraili QƏZƏBLƏNDİRƏCƏK BƏYANAT
Bizi izləyin

Avropa

“Bu, Avropada domino effekti yaradacaq” - İsraili QƏZƏBLƏNDİRƏCƏK BƏYANAT

Fələstin ilə İsrail arasındakı sülh müzakirələrində irəliləyiş olmayacağı halda, İrlandiya Respublikası Fələstin dövlətini tanıya bilər.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İrlandiya Respublikasının xarici işlər naziri Simon Koveney Dublində rəsmi səfərdə olan fələstinli həmkarı Riyad əl-Maliki ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İrlandiya Fələstin dövlətini tanıyacağı halda, Avropanın başqa ölkələri də eyni qərarı qəbul edəcəklər. Nazir həmçinin, ABŞ prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının vasitəsilə Fələstinə edilən yardımları dayandırmasını “səhv” olaraq xarakterizə edib. Simon Koveney Fələstinə yardımı 4,5 milyon avrodan 7 milyon avroya qədər artıracağını bildirib.

Qeyd edək ki, İrlandiya Senatı iyul ayında işğal olunmuş Fələstin ərazilərdə istehsal olunan malların idxalını qadağan edən qanun layihəsini qəbul edib. Parlamentin aşağı palatası tərəfindən təsdiq ediləcəyi halda, qanun layihəsi qüvvəyə minəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm