Britaniya, Almaniya və Fransadan BİRGƏ BƏYANAT: səudiyyəli jurnalistin...
Bizi izləyin

Avropa

Britaniya, Almaniya və Fransadan BİRGƏ BƏYANAT: səudiyyəli jurnalistin...

Böyük Britaniya, Almaniya və Fransanın Xarici İşlər Nazirliyinin başçıları – Ceremi Hant, Xayko Maas və Jan-İv Le Drian səudiyyəli jurnalist Camal Qaşıqçının Türkiyədə yoxa çıxması ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya, Almaniya və Fransa jurnalistin yoxa çıxmasını araşdırmağa çağırıb.

“Söz azadlığı və azad mətbuatın müdafiəsi və jurnalistlərin təhlükəsizliyin təmin olunması Böyük Britaniya, Fransa və Almaniya üçün əsas prioritetdir. Bu aspektlərə əsasən, səudiyyəli jurnalist Camal Qaşıqçının yoxa çıxmasına işıq salınmalıdır”, - nazirlərin bəyanatında deyilir.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm