Avropa
Londonda yarım milyon insan küçələrə axışdı - ETİRAZ
Britaniyanın paytaxtı Londonda “People’s Vote” (Xalq Səsverməsi) adlı aksiya keçirilib.
Aksiyada iştirak edən yarım milyon insan “Brexit”lə bağlı son razılıq üçün ikinci referendumun keçirilməsini tələb edib.
Aksiya iştirakçıları əllərində “Biz Avropa İttifaqından çıxmaq istəmirik”, “Tereza Meyə yox!”, “Avropa İttifaı ilə daha güclüyük”, “Gənclər "Brexit"ə qarşıdır”, “Bizə son sözü demək haqqı tanıyın” – şüarları olan plakatlarla “Park Lane”dən Hökumət evinin olduğu Vestminsterə doğru yürüş ediblər.
Aksiya iştirakçılarından biri Viliam Mog kütləvi tədbir üçün Lids şəhərindən gəldiyini deyib. O, bildirib ki, Avropa İttifaqından ayrılmaq Britaniya üçün zərərli olacaq: “Biz Avropa İttifaqı ilə birgə güclü olduğumuza inanırıq. Bu gün də bura yenidən referendumun keçirilməsini dəstəkləmək üçün gəlmişik”.
Qeyd edək ki, kütləvi tədbirə parlament üzvləri ilə yanaşı, Londonun meri Sadiq Xan da dəstək verib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO