• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

Hitleri nüvə silahından məhrum edən diversant öldü - “Qannersayd” ƏMƏLİYYATI (FOTO)

  • Avropa
  • 21 Oktyabr 2018 23:25
  • 3 525 Baxış
Hitleri nüvə silahından məhrum edən diversant öldü - “Qannersayd” ƏMƏLİYYATI (FOTO)

1943-cü ildə ağır su istehsalının məhv edilməsi üzrə “”Qannersayd” əməliyyatına komandanlıq edən norveçli İoahim Ryonneberq 99 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Ağır sudan nasist Almaniyası nüvə silahının hazırlanması üçün istifadə edə bilərdi.

Ryonneberq Olesunnedə 1919-cu ildə doğulub. O, 1940-cı ildə - Adolf Hitler Norveçi işğal edəndə Böyük Britaniyaya qaçır və müqavimətin iştirakçılarından biri olur. Hərbi hazırlığı keçib Norveçə qayıdan Ryonneberq nasistlərə qarşı bir neçə xüsusi əməliyyatda iştirak edir.

Britaniyalılar 1943-cü ildə ona Norveçin Vemork şəhərində ağır suyun istehsalı üzrə “Norsk Hydro” şirkətinin zavodunun partladılması üzrə əməliyyatı hazırlamağı tapşırır. Müttəfiqlər ehtiyat edirdilər ki, nasistlər nüvə silahının hazırlaması üçün ağır sudan istifadə edə bilərdilər və buna görə də onun istehsalını məhv etməyə qərar verirlər. 1942-ci ildə birinci cəhd uğursuz alınır, diversiya qrupunun iştirakçıları ya öldürüldülər, ya da əsir götürüldülər.

1943-cü ildə Ryonneberq və onun qrupu Vemorkda müvəffəqiyyətli hücum həyata keçirir. Onlar paraşütlərlə düşərək xizəklərdə zavoda çatırlar və müəssisəni partladırlar. Qrup xilas olmağa və neytral İsveçə keçməyə vaxt tapır. “Qannersayd” əməliyyatı bir güllə atmadan həyata keçirilir.

Daha sonra Renneberq danışırdı ki, o, son anda fitil ipini qısaltmağa qərar verir. Partlayışın bir neçə dəqiqə sonra belə başlanması diversiyanın qarşısının alınması ilə nəticələnə bilərdi.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR