“Bu, Rusiyaya hücum kimi qiymətləndiriləcək” - Moskva ABŞ-ı HƏDƏLƏDİ
Bizi izləyin

Avropa

“Bu, Rusiyaya hücum kimi qiymətləndiriləcək” - Moskva ABŞ-ı HƏDƏLƏDİ

Moskva Belarusa istənilən hərbi hücuma Rusiyaya hücum kimi baxacaq.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Mixail Babiç “Belarus 1” telekanalına müsahibəsində bildirib.

Səfir bununla da Polşada ABŞ-ın hərbi bazasının yerləşdirilməsi barədə planları şərh edib.

“Əlbəttə, bu, həyəcanlı amildir və buna məhəl qoymamaq olmaz. Bizdə hərbi güclərin regional qruplaşması fəaliyyət göstərir. Onun bütün komponentləri həm müdafiə, həm də cavab zərbəsi üçün nəzərdə tutulub”, - rusiyalı diplomat qeyd edib.

O əlavə edib ki, Belarus tamamilə qorunub və sakit ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm