Mafiyadan ŞOK QƏRAR: onun başına 5 min avro mükafat qoyuldu - - FOTO
Bizi izləyin

Avropa

Mafiyadan ŞOK QƏRAR: onun başına 5 min avro mükafat qoyuldu - - FOTO

İtaliyanın "Kamorra" cinayətkar dəstəsi "Poço" ləqəbli polis itinin başına görə 5 min avro mükafat vəd edib.

"Report"un məlumata görə, bu barədə "La Stampa" nəşri yazıb.

"Poço" artıq bir neçə ildir Neapol polisində xidmət edir və narkotiklərin axtarışı üzrə ixtisaslaşıb. İt işlədiyi müddətdə 2 tondan çox qadağan olunmuş maddə aşkar edib. Mafiozlar buna görə bir neçə milyon avro itiriblər.

"Poço" iki həftə əvvəl Salerno əyalətində 30 kq kokainin saxlandığı yeri müəyyənləşdirəndə quldurların səbri tükənib. Bundan əlavə, it hətta uşaq qidası ilə maskalanmış kiçik butulkadakı narkotiki də iybilmə vasitəsilə duyub.

"Poço"nun doqquz yaşı var də onun təqaüdə çıxmasına cəmi bir il qalıb. Əvvəllər cinayətkarlar itdən zəhərli maddənin köməyi ilə xilas olmağa çalışıblar, lakin onların cəhdləri puça çıxıb.

Polisdən bildirilib ki, köpək mühafizə altındadır və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm