Avropa
Ərdoğanı erməni soyqırımına görə Fransada protest etdilər - - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın I Dünya Müharibəsinin 100-cü ildönümünün qeyd edilməsi çərçivəsində 11 noyabrda Parisdə təşkil ediləcək anım mərasimə dəvət edilməsi Fransada müzakirə mövzusu olub.
Publika.az xəbər verir ki, bir qrup fransalı akademik, ziyalı və insan hüquqları müdafiəçiləri Türkiyə prezidentinin mərasimə qatılmasını protest edib.
Protest “Le Monde” qəzetində ortaq imzalanan bəyanatla bildirilib.
Etiraza səbəb olaraq Türkiyə hökumətinin və Rəcəb Tayyib Ərdoğanın I Dünya Müharibəsi əsnasında Türkiyənin ermənilərə qarşı təşkil etdiyi “soyqırımı” hələ də inkar etməsi siyasəti göstərilib.
Məqalədə Türkiyənin Kipr və kürdlərə dair siyasəti də tənqid edilib. Türkiyə dövlətinin cihadçılıq və anti-semitizmi alovlandırdığı, İsrailə qarşı nəzarətolunmayacaq dərəcədə nifrət bəslədiyi qeyd edilib. Qonşu ölkənin azadlıqların məhv edildiyi və “dünyanın ən böyük jurnalist həbsxanası” halına gəldiyi ifadələri də məqalədə yer alıb.
Bəyanatı imzalayanlar arasında filosof, rejissor, millət vəkili, universitet rektoru, dərnək sədrləri, Avropa Parlamentinin üzvlərinin olması diqqət çəkib.
Qeyd edək ki, Fransada prezident seçkiləri zamanı namizədliyini irəli sürən Emmanuel Makron seçki kampaniyası çərçivəsində erməni soyqırımının dünyada tanınması üçün mübarizə aparacağını vəd etmişdi.
Zümrüd
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...