Tramp Makrona əsəbiləşib Avropanı HƏDƏLƏDİ: “Bəlkə...”
Bizi izləyin

Avropa

Tramp Makrona əsəbiləşib Avropanı HƏDƏLƏDİ: “Bəlkə...”

ABŞ prezidenti Donald Tramp I Dünya Müharibəsinin başa çatmasının 100 illiyi münasibətləri ilə Parisdə keçiriləcək mərasimə qatılmaq üçün Fransaya gəlib.

Publika.az
xəbər verir ki, Tramp Fransaya ayaq basan kimi Tvitter səhifəsində bu ölkənin prezidenti Emmanuel Makrona qarşı sərt açıqlamalar verib.

“Fransa prezidenti Makron “ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunun qurulmasının lazımm olduğunu” bildirdi. Çox aşağılayıcı sözlərdir. Bəlkə Avropa əvvəlcə ABŞ-ın böyük dəstək verdiyi NATO-ya olan borcunu ödəsin”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Makron Rusiyan və Çindən qorunmaq üçün Avropanın ABŞ-a bağlı olmayan öz ordusunun qurulması təklifi ilə çıxış edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm