Londondan Səudiyyəyə Qaşıqçı xəbərdarlığı
Bizi izləyin

Avropa

Londondan Səudiyyəyə Qaşıqçı xəbərdarlığı

Jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı davam edən istintaqın beynəlxalq hüquq normalarına uyğun aparılmasını gözləyirik.

Bu barədə İngiltərə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Birləşmiş Krallıq jurnalist Camal Qaşıqçının öldürülməsi məsələsində məsuliyyəti tam anlayır. Kral Salmanın, vəliəhdin və digər səudiyyəli rəsmilərin bu yöndə aparılan fəaliyyətlə bağlı beynəlxalq hüququn norma və prinsiplərini təkrar pozmayacağına təminat verməsini istəyirik”, - deyə XİN-nin bəyanatında deyilib.

Bəyanatda həmçinin Britaniyanın edam cəzasına qarşı olduğu vurğulanıb.

Qeyd edək ki, Səudiyyənin Baş Prokurorluğu Qaşıqçı cinayətində şübhəli bilinən 5 nəfərin edam edilməsini istəmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm