Londonda QANUNSUZ AKSİYA: 25 nəfər həbs edildi
Bizi izləyin

Avropa

Londonda QANUNSUZ AKSİYA: 25 nəfər həbs edildi

Yüzlərlə insan Londonun mərkəzində toplaşaraq şəhərin əsas körpülərini blok edib. Onlar hökümətdən iqlim dəyişikliyinə ciddi yanaşmasını tələb edir.

Publika.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, "Extinction Rebellion", yəni "Yoxa Çıxma Üsyanı" adlı qrup ölkəboyu koordinasiya edilmiş etirazın bir hissəsi olaraq şənbə günü etirazçıları körpülərdə oturaq etiraz keçirməyə təşviq edib.

Metropoliten polis idarəsi bilidirib ki, beş körpünün "blok olunması" səbəbilə təcili yardım maşınlarının Londonda hərəkət etmələrinin qarşısı alınıb. Polis idarəsi etirazçıları Vestminster Körpüsündə toplaşmağa çağırıb ki, orada polis zabitləri qanuni etiraza imkan yarada bilsin.

Bazar ertəsi etirazçılar yol hərəkətinin qarşısını alıb, özlərini Biznes, Enerji və Sərmaye Strategiyası Departamenetinin önündəki girişə yapışdırandan sonra təxminən 25 nəfəri həbs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm