Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralandı
Bizi izləyin

Avropa

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralandı

Fransada qiymət artımına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası bu gün də davam edib.

Publika.az “Report“a istinadən xəbər verir ki, dünən səhərdən bu gün səhər saatlarınadək keçirilən aksiyada 409 nəfər yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır.

Xəsarət alanlardan 28-i polis, jandarm və təcili yardım əməkdaşlarıdır. Yaralıların böyük əksəriyyəti avtomobillərin hərəkətinə mane olmağa çalışan zaman xəsarət alan aksiya iştirakçılarıdır.

“Sarı jiletlilər“ arasında dava, soyuq silahdan istifadə, aqressiya halları da baş verib ki, bu gecə saatlarında daha yüksək olub.

Dünən gün ərzində 2034 ərazidə keçirilən aksiyada 287710 nəfər iştirak edib. Bu gün səhər saatlarında yüzlərlə ərazidə etirazlar davam edir.

Xatırladaq ki, sarı jiletlər geyinmiş nümayişçilər ölkədə qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz əlaməti olaraq avtomobillərin yollarını kəsərək onların hərəkətinə mane olmağa çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm