Qadınlardan ibarət Xüsusi Təyinatlı Dəstələr qurulacaq - 2020-ci ilə qədər
Bizi izləyin

Avropa

Qadınlardan ibarət Xüsusi Təyinatlı Dəstələr qurulacaq - 2020-ci ilə qədər

Belçika Silahlı Qüvvələrinin tərkibində sadəcə qadınlardan ibarət xüsusi təyinatlı dəstələr qurulacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirib ki, xüsusi təyinatlılar 2020-ci ilə qədər orduya qatılacaq.

Qeyd edək ki, Belçikada qadınlar ilk dəfə 1975-ci ildə orduya çağırılıb. Bu tarixdən öncə qadınlar sadəcə səfərbərlik vəziyyətində hərbi xidmətə çağırılırdı.

Belçika dövlət televiziyası RTBF-nin hesabatına görə, 27 000 əsgərə sahib Belçika ordusunun 7,8 %-ni qadınlar təşkil edir.

Xatırladaq ki, Belçika 1992-ci ildə məcburi hərbi xidməti ləğv etmişdi. Professional orduda istəyə bağlı olaraq müqavilə ilə hərbi xidmət 2010-cu ildə yenidən başladılıb. Müqaviləli əsgərlərə xidmətlərinin ilk 6 ayında hər gün üçün 7 avro maaş verilir. Onlar daha sonra vergi ödəməsi xaric olmaqla, ildə ən az 21 994 avro maaş alırlar. Belçikada müqavilə ilə əsgərlik müddəti 3 ildir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm