Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı
Bizi izləyin

Avropa

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb.

Trend-in məlumatına görə, bunu Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hökumət bunun üçün silah tədarükü üzrə fərdi lisenziya sahiblərinə tapşırıq verib.

Bundan əvvəl, kansler Angela Merkel jurnalist Camal Xaşuqcinin qətli aydınlaşanadək Səudiyyə Ərəbistanına silah ixracının dayandırılacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm