Daha bir jurnalist QƏTLİ - Evində ÖLÜ TAPILDI
Bizi izləyin

Avropa

Daha bir jurnalist QƏTLİ - Evində ÖLÜ TAPILDI

Tanınmış ingilis radio aparıcısı Gavin Ford Livandakı evində ölü tapılıb.

Publika.az xəbər verir ki, Beyrutdakı radioların birində çalışan aparıcının ölümü ilə bağlı İngiltərə səfirliyi açıqlama verib.

Bu barədə yerli "An-Nahar" qəzeti yazıb. "Radio One" əməkdaşları radioaparıcı işə gəlmədiyi və həmkarlarının çoxsaylı zənglərinə cavab vermədiyi üçün yerli hakimiyyət orqanlarına müraciət ediblər.

Nəşrin məlumatına görə, aparıcının boğulmadan öldüyü, bununla belə əllərinin bağlı olduğu müəyyən edilib.

Həmçinin qeyd edilib ki, onun avtomobili oğurlanıb.

Hazırda qətlin motivləri və cinayətkarın şəxsiyyəti müəyyən edilməyib, təhqiqat aparılır.

Ford yerli "Radio One" radiostansiyasında 1995-ci ildən işləyib.

Səfirlik jurnalistin müəmmalı ölümünü nəzarətə götürdüklərini, ciddi araşdırmaların aparılacağına ümid etdiklərini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm