Avropa
Bu iddia Rusiyanı silkələyəcək: ABŞ-la MƏXFİ DANIŞIQLAR APARILIR
Ukrayna Amerika ordusunun hərbi bazasının ölkəsinin ərazisində mümkün tikinti haqqında ABŞ-la danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu haqda diplomatik dairələrdəki mənbələrə istinadən “İzvestiya” nəşri bildirib.
“Pyotr Poroşenkonun Bloku”ndan Ali Radanın deputatı İvan Vinnik danışıqlar haqqında informasiyanı təsdiq edib. Onun sözlərinə görə, ABŞ-ın bazası Ukraynaya Rusiya təhdidindən müdafiə olunmaq üçün lazımdır.
Ancaq Vaşinqton Kiyevə heç bir zəmanət vermir. Nəşrin Amerika siyasi dairələrdəki mənbəyinin sözlərinə görə, Ukrayna ərazisində ABŞ hərbi bazasının açılması Moskvayla münasibətləri daha da kəskinləşdirərdi.
Kiyevdə Amerika hərbi bazasının açılması zərurətini əsaslandırmaq üçün Polşanı nümunə gətirirlər. Burada “Tramp qalası” adlanan ABŞ-ın hərbi bazasını açmağa hazırlaşırlar.
“Polşa Moskva tərəfindən təhlükəyə görə Amerika bazasının yerləşdirilməsi üzrə aktiv danışıqlar aparır. Bizim Rusiya ilə sərhədimizin ölçüsü olduqca çoxdur, buna görə də hesab edirik ki, bizdə də ABŞ-ın hərbi bazası qurulmalıdır”, - Ukraynadakı mənbəyi bildirib.
Nəşrin həmsöhbəti qeyd edib ki, ABŞ bazası ya Krımla, ya da Ukraynanın şərqində sərhəddə yerləşdirilə bilər.
ABŞ prezidenti Donald Tramp sentyabrda polşalı həmkarı Ancey Duda ilə danışıqların nəticəsinə görə bildirmişdi ki, Vaşinqton Polşada hərbi bazanın yerləşdirilməsi imkanını fikirləşir. Varşava isə öz növbəsində, bu obyekt üçün ABŞ-a milyardlarla dollar ödəməyə hazırdır.
Bu ideya polyakların əksəriyyəti tərəfindən bəyənilmir. Öz növbəsində, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Polşada ABŞ-ın hərbi baxımdan gücləndirilməsinə ehtiyac görmür. Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Aleksandr Qruşko söyləyib ki, Belarus və Rusiya Polşada ABŞ-ın daimi hərbi bazasının yerləşdirilməsinə reaksiya vermək üçün bütün hərbi-texniki imkanlara malikdir.
Ötən gün isə Ukrayna lideri Pyotr Poroşenko yerli kanallara açıqlamasında deyib ki, Rusiyanın tammiqyaslı müharibə təhdidi səbəbindən Ukraynada hərbi vəziyyət elan edilib.
“Bizdə dəqiq informasiya var ki, Rusiyanın Ukrayna gəmilərinə hücumu yalnız başlanğıcdır. Kəşfiyyat bununla bağlı sübutlar təqdim edib”, - o vurğulayıb.
Poroşenko Ukrayna sərhədinin 18 kilometrliyində yerləşən Rusiya bazalarından 17, 24 sentyabr və oktyabrda peykdən çəkilən görüntüləri də mediaya nümayiş etdirib.
Ömər Dağlı
-
İqtisadi gündəm14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır
-
Sosial14:36Ksenon fara və yanıb-sönən işıqların SONU - 654 manat CƏRİMƏ və sürücülük vəsiqəsinin ləğvi
-
Sosial14:06Nigar Köçərli “Bona Dea”da dəhşət yaşadı: "Ağrıdan huşumu itirdim, ayılanda yalvardım ki..."
-
İdman13:34"Qarabağ"ın "Ayntraxt"la oyununun hakimləri açıqlandı
-
Region13:28Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar
-
Elm və təhsil12:14Yerə yaxınlaşır: Sabah bu şəxslər diqqətli olsunlar - Xəbərdarlıq edildi
-
Dünya11:56İsraildən xahiş etdilər: Bu ölkəyə zərbə endirin
-
İdman11:44Messinin həyat yoldaşı gündəmi bu FOTOLARLA "partlatdı"






















.jpg)
















