Makron Putinlə görüşdü
Bizi izləyin

Avropa

Makron Putinlə görüşdü

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron G20 sammiti çərçivəsində görüşüb.

Axar.az xəbər verir ki, Argentinanın Buenos-Ayres şəhərində baş tutan görüş barədə Kreml məlumat yayıb.

Bildirilir ki, fransız lider görüşün keçirilməsindən məmnun olub və tərəflər arasında müzakirə ediləsi bir çox məsələnin durduğunu deyib.

“Xüsusilə bu məsələ Suriyadakı vəziyyətlə bağlıdır. İstanbuldakı görüşdən sonra durumun dəyişdiyini müşahidə etdik”, - deyə Makron bildirib.

Liderlər həmçinin Kerç boğazında yaşanan gərginliyə də toxunublar.

Bundan əlavə, Fransa prezidenti Putinlə Minsk razılaşmasının öhdəliklərinin yerinə yetirilməsi, kibertəhlükəsizlik, eyni zamanda Avropada təhlükəsizlik arxitekturasının ümumi səviyyəsi ilə bağlı müzakirə aparmaq istədiyini qeyd edib.

Putin də öz növbəsində həmkarını salamlayıb və onu ikitərəfli əlaqələrin inkişafı barədə danışmağa dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm