Avropa
Netanyahu və həyat yoldaşına qarşı KORRUPSİYA İTTİHAMI...
İsrail polisi "Bezeq" telekommunikasiya korporasiyasına qarşı "4 min iş" adlandırılan istintaqın yekunu üzrə ölkənin baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Saraya qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə bazar günü yerli "Kan" dövlət radiosu məlumat yayıb.
Radionun məlumatına görə, polis hesab edir ki, təhqiqatçılar baş nazir və həyat yoldaşı, həmçinin "Bezeq" şirkətinin sahibi Şaul Eloviçə qarşı dəlil bazası toplamağa müvəffəq olub.
Baş nazir Binyamin Netanyahu öz növbəsində buna cavab olaraq sözügedən tövsiyənin "hüquqi qüvvəyə malik olmadığını" bildirib.
"Elə bu yaxınlarda səlahiyyətli orqanlar bir sıra ictimai xadimlərə qarşı polisin tövsiyələrini rədd edib. Əminəm ki, bu halda da, onlar işi araşdıraraq, belə bir qənaətə gələcəklər ki, "heç bir şey yoxdur, çünki heç bir şey olmayıb", - deyə İsrail hökumətinin başçısı öz "Twitter" mikrobloqunda yazıb.
Bundan əvvəl İsrailin baş naziri avqust ayında polis tərəfindən dindirilib. (Report)
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO