Qan, nifrət, talanlar... – Tarixin ən inqilabçı şəhərindən QANDONDURAN FOTOLAR
Bizi izləyin

Avropa

Qan, nifrət, talanlar... – Tarixin ən inqilabçı şəhərindən QANDONDURAN FOTOLAR

Fransanın küçələrində qan, nifrət və talanlar bir neçə həftədir ki, davam edir. “Sarı jiletlər" adlı aksiyalara qatılan gənc maskalı adamlar Fransanın paytaxtı Parisin küçələrinə tam nəzarət edirlər. Bəzilərinin əllərində metal dəyənəklər və baltalar var.

Günahkar isə prezident və yanacaqlara tətbiq olunan rüsumlardır. İnsanlar yanacağa tətbiq olunan rüsumların artırılmasına etiraz edilər. Fransa hakimiyyəti yanvarın 1-dən benzinin qiymətini 2,9, dizelin qiyməti isə 6,5 faiz artırmağı planlaşdırır.

"Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. Bildirilir ki, bu addım sürücüləri daha ekoloji nəqliyyat növlərindən istifadə etməyə stimullaşdırmaq məqsədi daşıyır. Ötən istirahət günləri son illər ərzində ölkədə ən idarə olunmayan ictimai qiyam kimi Paris sakinlərinin yaddaşında qalacaq.

Publika.az xarici mediaya istinadən tarixin ən inqilabçı şəhərin küçələrində baş verən hadisələrdən fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm