• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Fransa hakimiyyəti GÜZƏŞTƏ GETDİ - Yanacaq BAHALAŞMAYACAQ

  • Avropa
  • 4 Dekabr 2018 12:11
  • 531 Baxış
Fransa hakimiyyəti GÜZƏŞTƏ GETDİ - Yanacaq BAHALAŞMAYACAQ

Fransanın baş naziri Eduar Filipp “Sarı jiletlər” etiraz aksiyaları fonunda yanacaqlara tətbiq olunan rüsumlara moratorium tətbiq etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda mənbəyə istinadən “Assoşieyted Press” agentliyi bildirib.

Mənbələrə görə, rəsmi açıqlama tezliklə baş nazirin özü tərəfindən veriləcək. BFMTV telekanalı isə informasiya yayıb ki, aksiyaçılar problemin həlli yollarının müzakirəsi üçün Filipplə görüşməkdən imtina ediblər.

Qeyd edək ki, vətəndaşlar yanacağa tətbiq olunan rüsumların artırılmasına etiraz olaraq noyabrın 17-dən aksiyalar keçirirlər. Fransa hakimiyyəti yanvarın 1-dən benzinin qiymətini 2,9, dizelin qiyməti isə 6,5 faiz artırmağı planlaşdırır.

"Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. Bildirilir ki, bu addım sürücüləri daha ekoloji nəqliyyat növlərindən istifadə etməyə stimullaşdırmaq məqsədi daşıyır.

Aksiyaların gedişatında 2 nəfər həyatını itirib, 222-si təhlükəsizlik işçisi olmaqla, 1043 nəfər yaralanıb, 1424-ü saxlanılıb.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR