Bu şənbə vətəndaş müharibəsi BAŞLAYA BİLƏR
Bizi izləyin

Avropa

Bu şənbə vətəndaş müharibəsi BAŞLAYA BİLƏR

Yelisey sarayı və Fransa hökumətində nümayişçilər silah əldə edə biləcəyi və dövlət çevrilişinə cəhd göstərə biləcəyi barədə narahatlıq var.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda BFM TV telekanalı bildirib.

Fransız hakimiyyətinin narahatlığı, xüsusi halda, şənbə gününə planlaşdırılmış etiraz aksiyası ilə bağlıdır. Nümayişçilər Yelisey sarayına yürüş təşkil edəcəyinə söz veriblər.

“Sarı jiletlər” hərəkatının nümayəndələrindən biri olan Erik Druenin sözlərinə görə, Yelisey sarayına çatmaq şənbə günü etiraz aksiyasının hədəfidir.

“Biz hamımız Yelisey sarayına getmək istəyirik”, - o deyib.

Fransız prezidenti Emmanuel Makronun administrasiyasında açıq şəkildə bildirirlər ki, nümayişçilər qiyamı həyata keçirməyə çalışa bilərlər.

“Bunlar qiyamçılardır. Biz qiyam cəhdini görürük”, - Yelisey sarayının anonim nümayəndəsinə istinadən “Figaro” qəzeti yazıb.

Qeyd edək ki, vətəndaşlar yanacağa tətbiq olunan rüsumların artırılmasına etiraz olaraq noyabrın 17-dən aksiyalar keçirirlər. Fransa hakimiyyəti yanvarın 1-dən benzinin qiymətini 2,9, dizelin qiyməti isə 6,5 faiz artırmağı planlaşdırırdı.

Baş nazir Eduard Filipin bir il müddətinə yanacağın qiyməti ilə bağlı qərarı təxirə salması da vətəndaşların küçələrdən çəkilməsi ilə nəticələnməyib.

"Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm