Fransadan Trampa sərt cavab: "İşlərimizə..."
Bizi izləyin

Avropa

Fransadan Trampa sərt cavab: "İşlərimizə..."

Fransanın xarici işlər naziri Yan-İv Le Drian ABŞ prezidenti Donald Trampın sosial media vasitəsilə verdiyi açıqlamaya sərt reaksiya bildirib.

Publika.az xəbər verir ki, nazir Trampın ünvanına Fransanın daxili işlərinə burnunu soxmamasını deyib.

Tramp Fransada baş qaldıran “Sarı jiletlilər” nümayişləri ilə bağlı “Paris İqlim Müqaviləsi Fransaya yaramır. Fransada “Trampı sevirik”, deyə bağırırlar. Mən də Fransanı sevirəm”, sözlərini yazmışdı.

Le Drian isə “Biz Amerikanın mübahisələrinin içində yer almaq istəmirik. Səssiz olun və bizi vətənimizlə baş-başa buraxın. Tramp fransız siyasətinə burnunu soxmamalıdır”, deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm