Fransadakı aksiyalarda 4000-dən çox etirazçı saxlanıldı
Bizi izləyin

Avropa

Fransadakı aksiyalarda 4000-dən çox etirazçı saxlanıldı

Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları "sarı jiletlilər" hərəkatının başlanğıcından bu günə kimi keçirilən aksiyalarda 4523 etirazçını saxlayıb.

Publika.az xəbər verir ki, onlardan 4099 nəfəri həbs edilib. Telekanalın açıqladığı rəqəmlər ölkənin bütün ərazisinə aiddir və 24 günü əhatə edir. Bildirilir ki, etirazçıların polis tərəfindən saxlanılması təkcə şənbə günü keçirilən aksiyaların gedişində deyil, həm də adi günlərdə baş verib.

"Sarı jiletlilər"in narazılıq aksiyası noyabrın 17-də benzinin qiymətinin artımı ilə əlaqədar başlayıb və bundan sonra genişlənib. Fransa prezidenti Emmanuel Makronkütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm