Strasburqda TERROR: ölən və yaralananlar var (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Strasburqda TERROR: ölən və yaralananlar var (YENİLƏNDİ)

Dekabrın 11-i, çərşənbə axşamına keçən gecə Fransanın Strasburq şəhərində baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bunu çərşənbə günü Fransanın daxili işlər naziri Kristof Kastaner deyib.

"Saat 19:50-dən naməlum şəxs şəhərin üç nöqtəsində terror aktı törədib, o, 3 nəfəri qətlə yetirib", - deyə Kastaner Strasburqda keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, daha 12 nəfər yaralanıb.

***

Fransanın Strasburq şəhərinin mərkəzində silahlı insident baş verib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidmətinə istinadən "Reuters" məlumat yayıb.

Atışma nəticəsində 1 nəfər ölüb, daha 3-ü isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm